İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan MÜHÜM AÇIQLAMA: "Xainlərin son mübarizəsi..."

Türkiyə Böyük Millət Məclisi 27-ci Dövrün qanunvericilik ilinin başlaması səbəbi ilə TBMM sədri Mustafa Şentopun başçılığı ilə toplanıb, iclasda iştirak edək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm açıqlamalar verib

"Məqsədimiz ölkəmiz üçün yeni, sivil, demokratik, əhatəli, sadə və uzaqgörən konstitusiya qəbul etməkdir. 2013 və 2021-ci illərdə yeni konstitusiya ilə bağlı etdiyimiz səmimi çağırışlar, təəssüf ki, kifayət etmədi".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

"İnanıram ki, yeni dönəm parlamentimiz Türkiyəni haqqı olan yeni Konstitusiya ilə bir araya gətirəcək və çevriliş dövrlərinin son izini siləcək. Türkiyəni qəyyumluq, çevrilişlər, zülm və rüsvayçılıqdan, vətəndaşlarımızı mənşəyinə, inancına, məzhəbinə, xasiyyətinə, geyiminə, mədəniyyətinə görə xor görməkdən birlikdə xilas etdik. Yeni konstitusiya ilə biz bu uğurun müqavilə əsasının olmasını istəyirik" - o bildirib.

Türkiyə lideri terrorizmlə mübarizədən də danışıb:

"Ümid edirəm ki, terrorçuların ara-sıra göstərdiyi cəhdlər bu xainlərin son mübarizəsidir. Keçirdiyimiz əməliyyatlarla sərhədlərimiz daxilində terror təşkilatlarının təxribatlarına son qoyuldu".

Nigar Cəfərli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR