İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan İrana ŞOK həmlə: Biz də Şuşada Baş konsulluq açırıq!– Üzeyir Cəfərovla “Canlı”da

Biz də Şuşada Baş konsulluq açırıq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Böyük bədəllər ödənərək uzun illər sonra bölgədə davamlı sülh şansı yaranıb. Biz bütün səmimiyyətimizlə Ermənistanın bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik”.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Azərbaycan-Ermənistan müzakirələrindəki irəliləyişin Türkiyə-Ermənistan arasında normallaşma prosesinə müsbət töhfə verəcəyi şübhəsizdir. Qardaş Azərbaycanla əməkdaşlığımızı “tək millət, iki dövlət” şüarı ilə hər sahədə daha da gücləndirməkdə qətiyyətliyik. Səfərimin sadəcə ikitərəfli əlaqələr baxımından yox, bütün bölgəmiz üçün xeyirlərə vəsilə olmasını arzulayıram”, - Türkiyə Prezidenti qeyd edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR