İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan və Putin nədən danışacaq? Peskov açıqladı

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayib Ərdoğan və Vladimir Putin görüş yeri və tarixini tezliklə müəyyənləşdirmək barədə razılığa gəliblər.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. O bildirib ki, prezidentlərin harada və nə zaman görüşəcəyi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək.

Peskov görüşün mövzusu ilə bağlı isə bildirib ki, əsas müzakirələr iki məsələ ətrafında olacaq: “Bunlar, əlbəttə, Ukrayna məsələsi və Taxıl sazişidir”.

Qeyd edək ki, bu gün iki ölkə prezidenti arasında telefon danışığı baş tutub. Danışıq zamanı da Taxıl sazişi müzakirə edilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR