Onlayn ictimai-siyasi qəzet
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə Nazirlər Kabinetinin iclasına sədrlik edəcək. Məlumatı Türkiyə mediası yayıb. Bildirilib ki, iclasda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla, 91 şübhəlinin saxlanıldığı istintaq və hüquqi proseslər müzakirə olunacaq.
Bundan başqa, “Terrorsuz Türkiyə” məqsədi istiqamətində terrorla mübarizə əməliyyatlarının davam etdirilməsi də Nazirlər Kabinetinin gündəmində olacaq.
Həmçinin fevralın 27-də İmralıdan gələn çağırışdan sonra PKK-nın atəşkəs elan etməsi, lakin gözlənilən tərk-silahla bağlı addım atmaması da müzakirə mövzuları arasındadır.
CHP Əkrəm İmamoğlunun prezidentliyə namizəd olduğunu açıqlayıb. CHP-nin İnstaqram hesabında paylaşım edilib. Qeyd edək ki, 23 martda CHP prezidentliyə namizədini müəyyən etmək üçün ilkin seçki keçirib. CHP sədri Özgür Özəl bildirib ki, ilkin seçimlərdə 15 milyona yaxın seçici iştirak edib.
TVMusavat-ın bu gün saat 12:15-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi müzakirə edir.
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ