İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan "Taxıl sazişi" ilə bağlı yeni qərarı AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seddülbahir qalası və Gelibolu-Eceabat dövlət yolunun açılış mərasimində çıxışı zamanı "Taxıl sazişi" ilə bağlı müzakirələrdən söz açıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan aşağıdakıları bildirib:

“Hər iki tərəflə apardığımız danışıqların sonunda martın 19-da başa çatacaq müqavilə müddətinin uzadılmasını təmin etdik”.

Məlumat üçün bildirək ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarına çıxarılmasını nəzərdə tutan sazişin müddəti daha 120 gün uzadılıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ötən il fevralın 24-dən başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub.

2022-ci ilin iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna taxılının dünya bazarına daşınması üzrə saziş imzalanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR