İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Rusiya-Ukrayna müharibəsini bitirməyə gedir? - rəylər

Zelenski onu və BMT-nin baş katibini Lvovda dinləyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quttereş Ukraynaya səfər edəcəklər. Lvovda Ərdoğan, Quttereş və Zelenski zirvəsi olacaq. Xəbər məkanında bu barədə məlumatların yayılması bir sıra nikbin ssenarilərə və proqnozlara həyat verib. Özəlliklə Rusiya və Türkiyə mediasında Ərdoğanın qanlı müharibəni bitirə biləcəyi barədə iddialı təhlillər yer almaqdadır. 

Nikbin ssenari və təkliflər başqa məkanlarda da özünü göstərməkdədir. Məhz Türkiyənin və şəxsən Ərdoğanın israrlı çalışmaları, BMT baş katibinin də prosesə qatılması ilə taxıl koridoru yaradıb, dünyanın aclıqdan xilas olması nəticəsi bu ikilinin (Ərdoğan və Antonio Quttereş) uğurlu tandem olması qənaətini formalaşdırıb.

BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib ki, baş katib Ukraynanın Lvov şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

“Baş katib görüşlərdən sonra Odessanı ziyarət edəcək. Antoniu Quttereş həftəsonu Nyu-Yorka qayıtmazdan əvvəl İstanbula gedəcək və Qara dəniz taxıl təşəbbüsünün bir hissəsi kimi istifadə edilən üç limandan birini ziyarət edəcək. Baş katib İstanbulda Ukrayna, Türkiyə və BMT arasında imzalanan taxıl ixracı haqqında sazişin icrası üçün ortaq koordinasiya mərkəzini də ziyarət edəcək”.

İlkin olaraq belə qənaət formalaşır ki, Ərdoğan və Quttereş ciddi anlaşma əldə etməyəcəkləri halda Ukraynaya getməzdilər.

Xatırladaq ki, qısa müddət öncə Ərdoğanla Putinin ardıcıl iki görüşü olub. Şübhəsiz ki, Ərdoğan Putindən də müəyyən vədlər alıb və faktiki olaraq Türkiyə Rusiya-Ukrayna müharibəsini dayandırmağa nail ola biləcək yeganə güc kimi ortadadır, meydandadır. Bu proses elə indidən həm bütövlükdə Türkiyənin, həm də lider olaraq Ərdoğanın nüfuzunun daha da artmasına səbəb olub. Lvovdakı üçlü zirvədən hər hansı uğurlu nəticə çıxacağı halda, bu nəticənin qanlı savaşın sonunu yaxınlaşdıra biləcəyi təqdirdə Ərdoğan və onun Türkiyəsi dünyanın xilaskarı obrazında qəbul olunacaq. Buna heç şübhə yoxdur. 

Lakin gerçəkdən də bu gediş Ukrayna və Rusiya arasındakı müharibəni dayandıra bilərmi? Bu müharibəni dayandırmaqla bağlı Kollektiv Qərbin münasibəti necədir? NATO buna imkan verərmi? Zelenskinin müharibəni dayandırmaqla bağlı Ukrayna adından qərar vermək imkanları varmı, qalıbmı?

Mustafa Ilıcalı, Acun Ilıcalı ile akraba mı? Prof. Dr. Mustafa Ilıcalı kim,  nereli, kaç yaşında?

Mustafa Ilıcalı: “Ərdoğan taxıl problemini aradan qaldırdığı kimi, müharibənin bitməsinə də nail olacaq”

AKP-dən olan keçmiş millət vəkili, professor Mustafa Ilıcalı inamlı danışdı: “Sizin də qeyd etdiyiniz kimi, sayın cümhurbaşqanımız Ukraynaya gedəcək. Əsas məqsəd Rusiya-Ukrayna savaşını bitirməkdir. Ərdoğanın böyük dəstəyi ilə taxıl koridoru açıldı. Bu günə qədər 500 min tondan çox taxıl gəlib. Bu çox möhtəşəm, diplomatik bir uğurdur. Burada əsas önəmli məsələ o oldu ki, Rusiya-Ukrayna savaşında Türkiyə hər iki ölkə ilə əlaqələrdə eyni məsafədə dayandı, yəni hansısa birinin tərəfini tutmadı. Bu tərəfsizliyi taxıl məsələsinin həllində mühüm rol oynadı. Bütün dünya bu tərəfsizliyi görür. Əvvəl Soçidə Putinlə görüşdü, indi də Zelenski ilə görüşmək üçün Ukraynaya gedir. Bu görüşlərin Rusiya-Ukrayna savaşının bitməsində oynayacağı rolu görəcəksiniz. Ərdoğan taxıl problemini aradan qaldırdığı kimi, müharibənin bitməsinə də nail olacaq. Bundan bütün dünya qazanacaq. Bu savaşın heç bir kimsəyə xeyri yoxdur. Qazanan tərəf görünmür. Partiyamızın yaranmasının 21-ci illiyində sayın başqanımız bu məsələlərə də toxundu. Savaşın bitməsi üçün gördüyü işləri bizlərlə bölüşdü. Müharibənin bitəcəyinə inanıram və bunu ürəkdən arzu edirəm. Bu arzu ilə azərbaycanlı qardaşlarıma salamlarımı çatdırıram”.

General Yücel Karauz: Döyüş meydanında biabırçı şəkildə məğlub olan düşmən  intiqam üçün Azərbaycanın mülki insanlarını hədəf

Yücel Karauz: “Zelenski bu savaşı özbaşına dayandıra bilməz”

Təqaüddə olan Türkiyə generalı  Yücel Karauz bildirdi ki, hər iki tərəf müharibənin bitməsini istəmir: “Rusiyada seçkilər var və bu ölkə hələ hədəflərinə çatmayıb. Putin seçkilərə uğurlu rəhbər kimi qatılmaq istəyir. Amerika, Avropa Birliyi də savaşı durdurmaq fikrində deyil. Ukraynadan yem olaraq istifadə edirlər. Ərdoğan insani razılığın əldə olunmasını istəyir. Kübrə idarəçiliyinin 30-35-ni Rusiya həyata keçirir. Qısamüddətli atəşkəsin əldə olunması mümkündür. Müharibənin bu vəziyyətdə, yəni tərəflərin mövqelərində qalması ilə dayanması mümkün deyil. Nə Amerika, nə də Rusiya savaşı dayandırmaz”.

Y.Karauz Ərdoğanın istənilən halda Ukraynaya boşuna getmədiyini söylədi: “Atəşkəs əldə olunacaq. Amma dediyim kimi də, bu insani atəşkəs ola bilər. Əsirlərin mübadiləsinin olması da mümkündür. Artıq günahsız insanların ölümünün qarşısının alınmasına nail oluna bilər. Bu atəşkəs nəticəsində Rusiyaya tətbiq edilən sanksiyalardan bəzilərinin aradan qaldırılması, Qara dəniz üzərindən kübrənin dünya bazarına çıxarılması razılığına da gəlinməsi mümkünsüz deyil. Təbii ki, sayın Ərdoğan ora turist səfərinə getmir. Mütləq şəkildə bu səfərin müəyyən nəticələri olacaq. Bu savaşı başladan səbəblər ortadan qaldırılmadığı sürəcdə müharibə tam şəkildə bitə bilməz”.

Müsahibimiz Zelenskinin müharibəni bitirmək qərarını vermək gücündə olmadığını qeyd etdi: “Zelenski bir fiqurdur. Onun qulağına nə pıçıldanırsa, ona da əməl edir. O, tapşırıqları icra etməklə məşğuldur. Amerika başda olmaqla, Avropa ölkələri Rusiyanı tükəndirmək, yormaq üçün Ukraynanı seçiblər. Bir sözlə, Zelenski bu savaşı özbaşına dayandıra bilməz”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR