İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Ronaldunu bitirdilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun siyasi sanksiyalara məruz qaldığını bildirib.

Oxu.Az xəbər verir ki, gənclərlə bir araya gələn Ərdoğan onların suallarını cavablandırıb.

"Ronaldu Fələstin məsələsinin qayğısına qalan biridir. Təəssüf ki, Ronalduya qarşı siyasi sanksiyalar tətbiq etdilər. Ronaldu ilə Messini müqayisə etmək bizə yaraşmaz, amma Ronaldunu bitirdilər. Ronaldu kimi futbolçunu ikinci hissəyə qoymaq heç düzgün deyil. Baş verənlər Ronaldunun psixologiyasını və bütün enerjisini əlindən aldı.

Ərdoğan Ronaldunun hansı kluba keçəcəyini də deyib: “Mənə verilən məlumata görə, Ronaldu indi Səudiyyə Ərəbistanın klubu ilə anlaşıb”.

Ərdoğan Qətərdə keçirilən Dünya çempionatının finalından sonra Fransa prezidenti Makrona nə dediyinə də deyib.

“Mən Makrona dedim ki, üzülmə. Argentina çox yaxşı oynadı”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR