İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək? - AÇIQLAMA

Türkiyədə AK Partiyanın növbəti konqresi ərəfəsində kabinet dəyişikliyi ilə bağlı müzakirələr genişlənməkdədir.

Musavat.com xəbər verir ki, xüsusilə Meral Akşenerin adının Prezident Köməkçisi vəzifəsinə namizəd kimi hallanması böyük müzakirələrə səbəb olub.

Türkiyə mətbuatında yer alan məlumatlara görə, Prezident Köməkçisi vəzifələrinin ikiyə çıxarılması planlaşdırılır və bu vəzifələrdən birinin keçmiş İYİ Partiyanın sədri Meral Akşenerə həvalə ediləcəyi iddia olunur. Bununla yanaşı, kabinetdə ən azı 5-6 nazirin dəyişdiriləcəyi də bildirilir.

İYİ Partiya təkzib etdi

Meral Akşenerin Prezident Köməkçisi olacağı barədə iddialara İYİ Partiyadan dərhal reaksiya gəlib. İYİ Partiyaya yaxın mənbələr bu xəbərləri qətiyyətlə təkzib edərək, yayılan məlumatları “əsassız” adlandırıb.

AKP-nin 23 fevral 2025-ci ildə keçiriləcək növbəti konqresi çərçivəsində, xüsusilə iqtisadiyyat və xarici siyasət sahələrində yeni adların vəzifəyə gətirilməsi gözlənilir. Kabinet dəyişikliyinin detalları yaxın həftələrdə aydınlaşacaq. 

Mənbə: https://www.cumhuriyet.com.tr/turkiye/kabine-iddiasi-aksener-cephesinde-aciklama-2288902

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR