Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda gənclər proqramında açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Prezident Ərdoğan Türkiyənin Somali ilə Efiopiya arasındakı böhranı necə həll etdiyini açıqlayıb.
Ərdoğan qeyd edib ki, onlarla olan görüşlərimizdə bizi qırmadılar, bir baş nazir və iki prezident olaraq bir araya gəldik. 7 saatlıq görüşdən sonra "Bizi qırmazsınız" dedik, bu işi bitirdik.
Ərzurumlu mərhum sənətçi İbrahim Erkalın “Sən Aldırma” mahnısı ilə başlayan tədbirdə Ərdoğan Erkal üçün gənclərlə birlikdə Fatihə surəsini oxuyub.
Hər fürsətdə bir araya gəlməyə çalışdığı gənclərlə hər dəfə bir araya gəldikdə enerjiləri, şövqləri və ümidləri ilə cavanlaşdığını ifadə edən Ərdoğan, Nəcib Fazilin “Gənclik yaş işi deyil, ruh işidir” sözünü xatırladıb. Ərdoğan, Fateh Sultan Mehmetin 21 yaşında İstanbulu fəth edərkən malik olduğu inam və əzmlə hakimiyyətinin 46-cı ilində 73 yaşında səfəri zamanı vəfat edən Qanuni sultan Süleymanın da eyni inam və əzmlə hərəkət etdiyini bildirdi.
Ərdoğan deyib: "Burada Fatehin yolu ilə gedən bir gənc, Qanuni Süleyman və Yavuzun ardınca gedən bir nəsil görürəm. Gəncliyinə güvənməyən millət, gələcəyindən ümidini kəsmiş deməkdir. Siyasətdə, bürokratiyada, ticarətdə, vətəndaş cəmiyyəti fəaliyyətlərində, həyatın hər sahəsində gənclərimizə güvəndik, inandıq və hər zaman onların yolunu açdıq".
Gənclərin və qadınların Türkiyə siyasətində bölgə, rayon təşkilatlarında və qərargah səviyyəsində ən yüksək səviyyədə təmsil olunmasına imkan yaratdıqlarını ifadə edən Ərdoğan, bunu edərkən köhnə təəssübkeşliyi ilə müqavimət və reaksiyalarla qarşılaşdıqlarını söyləyib.
Uzun mübarizədən sonra gənclərin və qadınların dinamizmini ölkəyə gətirməyə müvəffəq olduğunu vurğulayan Ərdoğan partiyanın gənclik qollarını gəncləri gələcəyə hazırlayan məktəblər kimi gördüyünü bildirib.
Ərdoğan hər platformada Türkiyəyə bənzərsiz xidmətlər göstərən gənclərlə qürur duyduğunu dilə gətirib: "Gənclərimizi arxa baxçamız deyil, əsl yol yoldaşımız, həmkarımız kimi gördük. Sizlər də bizi utandırmadınız".
Ərdoğan, xüsusilə gənclərə fərqli imkanları sürətlə təmin etmək üçün təhsildən səhiyyəyə, idmandan texnologiyaya qədər ehtiyac duyduqları bütün sahələrdə lazımi infrastrukturu təmin etməyə davam edəcəklərini bildirib. Bu səviyyəyə çatmağın asan olmadığına diqqət çəkən prezident Ərdoğan deyib: "Bir şeyin daha fərqindəyik. Gəncliyinə güvənməyənlər, üzr istəyirəm, nal toplayar (At yarışında sonuncu olmaq). Ən əsası gənclərimizə özgüvən verdik. Dünənə qədər gənclərimizin ən böyük arzusu məktəbi bitirdikdən sonra KPSS-dən yaxşı bal toplayıb dövlət qulluğuna girmək idi. İndi bu gənclər ölkəmizin hüdudlarını aşan və dünyanı əhatə edən bir vizyonla "Teknofest" ruhuna həyat verirlər. Biz bu gənclərlə birlikdə gələcəyimizi qururuq. İstanbulun fəthinin 600 illiyi - 2053-cü il vizyonumuzuhəmin bu gənclik ilmək-ilmək toxuyacaq”.
Malazgirt zəfərinin mininci ildönümündə gənclərin və gələcək nəsillərin Türkiyəni diplomatiyadan iqtisadiyyata, təhlükəsizlikdən əsas xidmət sahələrinə qədər hər sahədə dünyanın zirvəsinə aparacağını vurğulayan Ərdoğan sözlərini belə davam etdirdi:
"Gənclər, bəzilərinin öz ölkəsini bəyənməyib xarici ölkələri tərifləməsinə baxmayın. "Varam" deyəcəksiniz. Ölkənin və dövlətin verdiyi imkanlarla təhsilini başa vurub, iş təcrübəsi qazanıb, sonra xaricə üz tutanların çoxu indi peşmandırlar və geri dönməyin yollarını axtarırlar. Oralarda qalanların çoxunun özlərini sındırmamaq üçün çətinliklərə sinə gərdiyini bilirik. Onu da bilin ki, terrora bulaşmamış hər bir övladına bu ölkənin qapısı da, bu millətin könlü də sonuna qədər açıqdır. Bizim fəda etməyi gözə aldığımız tək bir insanımız, tək bir gəncimiz yoxdur. Hər birinizə, arzularınıza, biliklərinizə və bacarıqlarınıza ehtiyacımız var. Unutmayın, yalan birə-qırx məhsul verən zəhərli toxumdur. Halbuki biz birə-yüz məhsul verən biliyin, elmin və həqiqətin arxasındayıq.
Gənclərimizdən gözləntimiz budur ki, onlar öz ağlı və istedadı ilə bu bol məhsulu millətimizə gətirsinlər. Bu mübarək yürüşün önündə Dadaşlar torpağının (Ərzurum nəzərdə tutulur) gənclərinin olacağına şübhəm yoxdur. Allahdan yolunuzu və bəxtinizi açmasını diləyirəm”.
Proqramda gənclərin Ərdoğanla bağlı fikirlərini ifadə etdikləri küçə müsahibələrindən ibarət videoçarx nümayiş etdirilib.
Video çarxda gənclər Ərdoğanın Ərzuruma gəlişindən qürur duyduqlarını ifadə edərək, Ərdoğanı cağ kababı və kadayıf dolması yeməyə dəvət ediblər.
Gənclər suala cavab olaraq prezident Ərdoğanın çayı qəhvədən daha çox sevdiyini düşündüklərini bildiriblər. Prezidenti tək kəlimə ilə təsvir edən gənclər “rəis”, “dünya lideri” kimi sözlərdən istifadə ediblər.
Ərdoğana verilən "Çayı daha çox sevirsiniz, yoxsa qəhvəni?" sualına isə Ərdoğan "Bir rizəli olaraq çayı desəmolarmı?" deyərək cavab verib.
"Xüsusilə "dişləmə çay"ın yeri ayrıdır. Onun da yeri buradır", Ərdoğan əlavə edib.
EFIOPİYA VƏ SOMALİ
Bir gəncin "Somali ilə Efiopiya arasında müqavilə imzalandı. Bunun fonunda Türkiyə nə kimi bir rol aldı?" sualına Ərdoğan belə cavab verib:
"Somali ilə Efiopiya arasında bu problem uzun illərdir davam edirdi. Efiopiya nəhəng bir yerdir, Somalidən iki dəfə böyükdür, lakin dənizə çıxışı yoxdur. Efiopiyadan dənizə gedə bilməzsiniz. Belə nəhəng bir yerin dənizə çıxışının olmaması onları ciddi şəkildə narahat edirdi. Bu məsələ ilə bağlı həqiqətən də bir çox ölkə müzakirəyə qoşulub, amma həll edə bilməyib. Efiopiya Baş nazirininmənimlə olan özəl danışığında bunu müzakirə etdik.
Biz Somalini ən kritik dövründə müdafiə edən ölkə idik və təbii ki, terror təşkilatlarının Somaliyə hücum etdiyi dövrdə də Somalini sahibləndik. Biz ora investisiyalar etdik. Həmin investisiyalarla yanaşı, Somalidəki terror təşkilatlarına qarşı da addımlar atdıq. İndi, Efiopiyanın bu yeni yüksəlişində, 'Biz sizə hər cür dəstəyi verəcəyik' dedik. İqtisadiyyat və müdafiə sahəsində onlara hər cür dəstəyi verdik.
O axşamkı görüşümüzdə də sağolsunlar, bizi qırmadılar, bir baş nazir və iki prezident olaraq bir araya gəldik, imzaları atdıq, işi tamamladıq.
Sonra mətbuat konfransı otağına getdik və bunu dünyaya bəyan etdik: “İnşallah, ilk iki ayda Efiopiya və Somaliyə gedəcəm Gələn il atdığımız bu addımı dünyaya elan edəcəyik”. Qərarımızı bu şəkildə elan etdik, onlar öz ölkələrinə bu addımı atdılar, Afrikaya gözəl bir gələcək vəd etdik və bütün dünyaya eşitdirdik. Bütün dünya ölkələri də atdığımız bu addım və əldə etdiyimiz uğurun iftixarını bizimlə paylaşdı. Səmimiyyət olanda, niyyət təmiz olanda hər şey olur".
GƏNCLƏRƏ EVLİLİK TÖVSİYYƏSİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, millətin ailə anlayışının keçmişdən günümüzə qədər fərqli bir müqəddəsliyə sahib olduğunu vurğulayıb. O, ailə qurumunun qorunması və möhkəmləndirilməsi üçün cəmiyyətin birlikdə hərəkət etməsinin vacibliyini qeyd edib. Ərdoğan xüsusilə universitet gənclərinin ailə anlayışına dair fərqli bir mövqe nümayiş etdirməsinin lazım olduğunu bildirib:
"Bugünkü dövrdə üzərində dayandığımız əsas məsələlərdən biri gənclərin nədənsə ailə qurmamasıdır. Gənclər arasında boşanmaların artdığına dair narahatlıqlar da var. Təəssüf ki, bu problemlər ailə qurma və münasibətlərin davam etdirilməsi ilə bağlı çətinliklərdən qaynaqlanır."
Ərdoğan, erkən yaşda evliliyin əhəmiyyətinə diqqət çəkərək deyib:
"Mən özüm 25 yaşında evləndim və bunun vacib bir addım olduğunu düşünürəm. Həyatda məsuliyyət almaq və gənc yaşda ailə qurmaq lazımdır. 30-40 yaşında deyil, gəncliyinizdə bu addımı atmaq sizin üçün daha faydalıdır."
Eyni zamanda, Ərdoğan LGBT və oxşar mövzularla bağlı mənfi münasibətini də ifadə edib. Bu məsələlərdə gəncləri milli dəyərlər və tarixi irsi qorumağa çağırıb. Qaziantep bələdiyyəsinin gəncləri Çanaqqalaya apararaq, tarixi əhəmiyyətli məkanları ziyarət etdirdiyini vurğulayıb və bununla bağlı təşəkkürünü bildirib:
"Çanaqqala Şəhidliyini gənclərə tanıtmaq və onlara bu müqəddəs irsi yaşatmaq çox mühüm işdir. Bu təşəbbüslər cəmiyyətimizin gələcəyi üçün böyük önəm daşıyır".
İNSAN VƏ PUL YÖNƏTİMİNDƏ ÇOX HƏSSASIQ
Universitet tələbələrindən biri, kiçik bir ailə bizneslərinin olduğunu, zaman-zaman idarə etməkdəki çətinlikləri xatırladaraq, 86 milyon əhalisi olan Türkiyənin necə mükəmməl idarə edildiyini soruşub. Ərdoğan suala belə cavab verib:
"Ölkə idarəçiliyində xüsusilə biznes planlaşdırma mövzusunda çox diqqətliyik. Komandamızın güclü yönləri, xüsusən də beynəlxalq əlaqələrdə əldə edilən uğurlar, işimizi daha təsirli edir. İnsanlara qarşı həssas yanaşmamız və maliyyə idarəetməsindəki dəqiqliyimiz bizi uğurdan uğura aparır".
Bir başqa tələbə Ərdoğandan nələrə dözə bilmədiyini soruşduqda, o, suala bir şeirlə cavab vermək istədiyini qeyd edib. Ərdoğan, zalımlığı və haqsızlığı qətiyyən qəbul etmədiyini ifadə edərək əlavə edib:
Zülmü alqışlayamam, zalımı əsla sevəməm.
Gələnin kefi üçün keçmişə qalxıb söyəməm.
Biri əcdadıma saldırdımı hətta döyərəm,
Döyəməzsəm də heç olmazsa yanımdan qovaram.
"Zülmə qarşı həmişə mövqeyimiz birmənalı olub. Son zamanlarda Suriyada yaşananlar buna bir nümunədir. Türk milləti tarix boyunca heç vaxt zülmə göz yummayıb. Ədalət prinsipi ilə bütün dünyaya nümunə olan bir millətik."
Prezident Ərdoğan zalımlığa və haqsızlığa qarşı birgə mübarizənin vacibliyini vurğulayıb və gəncləri bu dəyərlərə sadiq qalmağa çağırıb.
YAXŞI Ki, BU ÖLKƏ ONLARIN ƏLİNƏ QALMADI
Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Özgür Özəlin "Əsəd gəlsin, görüşək, müzakirələr aparaq" kimi açıqlamalarını da şərh edib. Ərdoğan, bu fikirlərə münasibət bildirərkən, bu açıqlamadan 12 saat sonra Əsədin Suriyadan qaçdığını bildirib.
"Yataq, duraq və Rəbbimizə çoxlu dua edək. Çox şükür ki, bu ölkə onların əlinə qalmadı. Bilirsinizmi bunlar bələdiyyələrdə hansı səfaləti bizlərə yaşadır?
Əgər ölkə idarəçiliyi də onların əlində olsaydı, yanardıq" - deyə Ərdoğan vurğulayıb.
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ