İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: "Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin yeni ümid mənbəyi olacağı şübhəsizdir"

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin dünya və bölgəmizdə sülh və yeni ümid mənbəyi olacağı şübhəsizdir.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu prosesdə Azərbaycanla çiyin-çiyinə hərəkət edir:

“Qarabağda işğala son qoyulmaqla birlikdə bölgəmizdə tarixi bir fürsət pəncərəsi açılıb. Onun bağlanmaması çox önəmlidir. Ermənistanın bu prosesi dəyərləndirməsi lazımdır. Üçüncü tərəfləri isə prosesi zəhərləmək yerinə, müsbət addımlar atmağa dəvət edirəm”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR