İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan açıqladı: Türkiyədə qaz pulsuz oldu - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan evlərə verilən təbii qazın 1 ay müddətində pulsuz olacağını açıqlayıb. 

Musavat.com xəbər verir ki, Ərdoğan Zonguldak Filyosda Qara dəniz təbii qazının istifadəyə verilməsi mərasimində xalqa iki sevindirici xəbər verib.  

"İki şad xəbəri paylaşmaq istəyirəm.

Birinci şad xəbər, vətəndaşlarımızın mətbəxlərində istifadə etdikləri təbii qaz və isti su istehlakını 1 il pulsuz edirik. Ayda orta hesabla 25 kubmetr olan təbii qazın dəyəri bir il müddətində hesablardan çıxılacaq. Nəzərə alsaq ki, qarşıda yay gəlir, bu, o deməkdir ki, bir çox evlər qaz pulunu ümumiyyətlə ödəməyəcək. Pulsuz təbii qazınız xeyirli olsun.

İkinci müjdəmizi elan edirəm, 1 ay ərzində Türkiyədəki bütün yaşayış evlərinin təbii qaz istehlakı üçün ödəniş edilməyəcək", - Ərdoğan deyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR