İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan AÇIQLADI:“Bizi təhdid edənlər...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ABŞ-dan nə döyüş təyyarələrini, nə də onlara ödənilən pulu alıb.

Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Bizi Rusiyadan “S-400”ləri alacağımız halında təhdid edənlər vardı. Əvəzində heç nə təklif etmirdilər. İndi biz “F-16”ların tədarükü ilə bağlı danışıqlar aparırıq, bizə rədd cavabı verilir. Bizə “F-35” təyyarələri vəd etdilər, lakin sözlərində durmadılar, baxmayaraq ki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişdik. Təyyarə yoxdur, pul da qaytarılmayıb”, - deyə dövlət başçısı bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman sözünü tutduğunu və tərəfdaşlarından da bunu gözlədiyini söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR