İnsanlara hürriyət, millətlərə istiqlal!

Ər-Riyad-Tehran yaxınlaşması: Kral Salman Rəisini ölkəsinə dəvət edir

Səudiyyə Ərəbistanının kralı Salman İran Prezidenti İbrahim Rəisini ölkəsinə səfərə dəvət edib.

Musavat.com xəbər verir ki, Çinin vasitəçiliyi ilə iki ölkənin barışmasından sonra gələn dəvətin Rəisi tərəfindən müsbət qarşılandığı bildirilib.

İran liderinin ofisindən verilən açıqlamada mümkün səfərin tarixi açıqlanmayıb.

Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər terrorizm ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları yandırılıb. 2015-ci ilin martında Yəməndə yaşananq qarşıdurma səbəbindən onsuz da gərginləşən diplomatik əlaqələr edamlardan sonra tamamilə kəsilib.

Martın 10-da Səudiyyə Ərəbistanı və İran kəsilən diplomatik əlaqələri Çin vasitəsilə bərpa edəcəklərini açıqlamışdı. Ər-Riyad və Tehranın iki ay ərzində səfirliklərini yenidən açması gözlənir. Bu razılaşma Çinin bölgədə diplomatik güc olaraq ABŞ ilə rəqabət apardığına dair şərhlərə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR