Onlayn ictimai-siyasi qəzet
Avstraliyada Cefri Epşteynlə bağlı istintaqda mühüm rol oynamış Virciniya Cuffrenin cəsədi tapılıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Epsteyn yetkinlik yaşına çatmayanların iştirak etdiyi cinayətlərdə və qlobal elitanın üzvləri üçün onların iştirakı ilə tədbirlər təşkil etməkdə ittiham olunurdu.
Polis 41 yaşlı Cuffrenin intihar etdiyini bildirib. O, Epsteyn-ə qarşı işdə əsas şahidlərdən biri idi. Cuffre 17 yaşında hazırkı Britaniya kralının kiçik qardaşı şahzadə Endryu tərəfindən zorlandığını iddia edib. Məsələ ilə bağlı məhkəmə iclası özəl qaydada yekunlaşıb və heç bir hökm çıxarılmayıb. Şahzadə Endryu bu işdə hər hansı bir təqsirinin olması barədə ittihamı rədd edib.
Xatırladaq ki, Epsteyn də, rəsmi versiyaya görə, həbsxanada intihar edib.
Bu yaxınlarda “Epsteyn işi” ilə bağlı dosyelər açılmağa başlayıb, orada Donald Trampın da adı keçir.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ