Onlayn ictimai-siyasi qəzet
Emre Karayel "Bahar" serialına psixiatr Tolqa obrazı ilə qatılır. Tanınmış aktyor daha əvvəl Demet Evgarla birlikdə "Bir Qadın, Bir Kişi" serialında rol almışdı.
Milli.Az xəbər verir ki, Show TV-də yayımlanan, MF Yapım imzalı "Bahar" serialı güclü aktyor heyətinə yeni bir sima əlavə edir. İkinci mövsümü ilə hər çərşənbə axşamı izləyicilərin böyük marağına səbəb olan serialın hekayəsinə gələn həftə psixiatr Tolqa obrazı daxil olacaq.
Asena Bülbüloğlunun prodüserliyini, Neslihan Yeşilyurtun rejissorluğunu və Deniz Akçayın ssenaristliyini etdiyi serialda Tolqa obrazını Emre Karayel canlandıracaq.
Karayel daha əvvəl Demet Evgarla birlikdə yer aldığı fenomen serial "Bir Qadın, Bir Kişi" ilə böyük rəğbət qazanmışdı.
Yeni obraz Tolqanın, Çağla (Elit Andaç Çam) ilə əlaqəli olacağı və serialın əsas heyətində yer alacağı bildirilib. Tolqanın hekayəyə daxil olması ilə hadisələrin gedişatında əhəmiyyətli dəyişikliklərin baş verməsi gözlənilir.
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ