İnsanlara hürriyət, millətlərə istiqlal!

Emmanuel Makrondan qəribə bəyanat: Ukrayna müharibəyə son qoymaq üçün danışıqlara getməlidir”

Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Kiyevə gəlib-gəlməyəcəyini dəqiqləşdirmədən müttəfiqləri Ukrayna ilə "yeni dərin müzakirələr" aparmağa çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Fransa prezidenti NATO-nun Rumıniyadakı bazasında müttəfiq ordularının hərbi hissəsini ziyarəti zamanı belə bir bəyanat səsləndirib.

“Biz Rusiyanın hərbi qüvvələrini dayandırmaq, ukraynalılara və onların silahlı qüvvələrinə kömək etmək, habelə danışıqları davam etdirmək üçün hər şeyi edəcəyik”,-deyə Fransa rəhbəri bildirib.

Emmanuel Makron bununla birlikdə Ukraynanı müharibəyə son qoymaq üçün nə vaxtsa Rusiya ilə danışıqlar aparmalı olacağını da sözlərinə əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR