İnsanlara hürriyət, millətlərə istiqlal!

Emmanuel Makron: “Putinin tarixi səhvinə rəğmən Rusiyanı alçatmaq olmaz”

Fransa prezidenti Emmanuel Makron Ukraynada hərbi əməliyyatların dayandırılması üçün Rusiyanın aşağılanmasına yol verilməməsinin həyati əhəmiyyət daşıdığını deyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu yerli jurnalistlərlə söhbətində bəyan edib.

“Biz hərbi əməliyyatlar bitən gün Rusiyanı alçatmaqdan çəkinməliyik. Bu bizə münaqişəni diplomatik yollarla həllinin qurulması üçün lazımdır. Fransanın funksiyası burada vasitəçi dövlət rolunu oynamaqdan ibarətdir”,-deyə Fransa prezidenti fikrini bu sözlərlə ifadə edib.

Qeyd etmək lazımdır ki, Fransa prezidentinin mövqeyi Şərqi Avropa və Baltikyanı ölkələrin siyasətçiləri tərəfindən sərt tənqidlərə məruz qalır. Onların fikrincə Emmanuel Makronun belə mövqeyi danışıqlar masasında Vladimir Putinə təzyiqlərin azaldılmasından başqa heç bir işə yaramır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR