İnsanlara hürriyət, millətlərə istiqlal!

Emindən Alsunun Bakıya gəlməsi ilə bağlı paylaşım

Xalq artisti Emin Ağalarov həmkarı Alsu ilə bağlı diqqətçəkən paylaşım edib.

Emin Alsu ilə duetlərinin görüntülərini instaqram səhifəsində yayımlayaraq tamaşaçıları sənət yoldaşının fevralın 14-də “Sevgililər günü”ndə Bakıda verəcəyi konsertə səsləyib.

“Möhtəşəm Alsu ilə “Bir-birimiz olmadan yaşaya bilmərik” (duet ifa etdikləri mahnının adı – red.). Fevralın 14-də Alsu mənim doğma şəhərim Bakıda solo konsert verəcək və burada mütləq bir neçə mahnını birlikdə ifa edəcəyik. Bakı Konqres Mərkəzində görüşənədək”, - deyə Emin paylaşımında yazıb.   (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR