İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov "Jara"nın adını dəyişdi: Türk müğənnilər gələcək - FOTO

25-29 iyul tarixlərində Bakıda keçirilməsi gözlənilən “Jara” beynəlxalq musiqi festivalının adı “Sea Breeze Summer Fest”ə dəyişdirilib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda təşkilatçılar məlumat yayıb. Adın hansı səbəbdən dəyişdirildiyi hələ ki açıqlanmayıb.

Qeyd edək ki, festivalın davam edəcəyi 5 gün ərzində 150-dən çox artist çıxış edəcək.

Onların arasında Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti və Emin var. Festivalda həmçinin türkiyəli pop-ulduz Kənan Doğulu, Minelli, Morandi, Outlandish, Niletto, Klava Koka, Mari Kraymberi, Mot və digərləri çıxış edəcək.

“Jara”ya alınmış biletlər “Sea Breeze Summer Fest”də də keçərli olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR