Əməkdar artist Əkbər Əlizadə səhər verilişlərini tənqid edib.
Sənətçi instaqram səhifəsində illər əvvəl aparıcısı olduğu səhər proqramından görüntülər yayımlayaraq, indiki verilişlərlə müqayisə aparıb.
“Verilişlər var idi: hər səhər xoş ovqat, şən əhval-ruhiyyə. Yoxsa indi... Aqressivlik, intriqa, mübahisə” – deyə, Ə.Əlizadə paylaşımına yazıb.
Qeyd edək ki, Əkbər Əlizadə “Space” televiziyasında “Hər səhər” verilişini, “Azad Azərbaycan” (ATV) telekanalında isə “Gündən günə” proqramının aparıcısı olub. (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ