İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist ilk dəfə danışdı: "Anamın son nəfəsinə çata bilmədim" - VİDEO

"Çox üzüldüm ki, anamın son nəfəsinə çata bilmədim. Bu da pandemiya səbəbindən oldu".

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə deyib. "O üz" verilişinə qonaq olan aparıcı ilk dəfə dünyasını dəyişən anasından danışıb. 

"Bu dəfə ilk dəfə açıqlama verirəm. Bir gün səhər tezdən mənə zəng vurdular ki, ananın vəziyyəti ağırdır, gəlməlisən. Mən evdən çıxdım. Lakin yollar bağlı idi. Balakənə çatana qədər anam rəhmətə getdi. Həmin vaxt qış ayları idi. O mənə çox təsir etdi ki, anamın son nəfəsinə çata bilmədim. Bəlkə də deyəcək bir sözü vardı".

Ətraflı videoda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR