İnsanlara hürriyət, millətlərə istiqlal!

 “Elvedasız şarkılar” adlı musiqi layihəsi Azərbaycana həsr olunacaq   

Türkiyədəki Səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ənənəvi olaraq hər il turizm bölgələrində keçirilən “Elvedasız şarkılar” adlı xeyriyyə məqsədli konsert proqramı çərçivəsində bu il Azərbaycan musiqisi təqdim ediləcək.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 28 avqust tarixində Marmaris şəhərində altı min nəfərlik tarixi amfiteatrda baş tutacaq konsertdə hər iki ölkənin sənətçiləri iştirak edəcəklər.

Datça - Kimsəsiz uşaqlar üçün şəhərciyə yardım məqsədi ilə təşkil olunan konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, vokalist Aynur İsgəndərli, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Rəqsləri Ansamblı çıxış edəcək, milli musiqilərimiz və rəqslərimiz təqdim ediləcəklər.

Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Bora Gencer, Nühket Duru, Ozan Orhon və b. müğənnilər çıxış edəcəklər. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR