İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Miridən ŞOK açıqlama: “Bu, Allaha atılan böhtandır”

“Başımıza gələn fəlakətləri Allahla əlaqələndirmək absurddur. Zəlzələdə binaların dağılmasına “alın yazısı” demək Allaha atılan bir böhtandır. Halbuki yaxşı iş olanda Allahla yox, özümüzlə əlaqələndiririk, öz nailiyyətimiz kimi qələmə veririk”.

Musavat.com xəbər verir ki, bu fikirləri News24.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Bir insan seysmik ərazidə ev tikirsə, zəlzələ təlimatına uyğun olaraq reallaşdırmalıdır. Bəzi insanlar orada öz məqsədləri üçün yanlış addımlar atırlarsa, sonradan binada riskli dəyişikliklər edirlərsə, sütunlara zərər verirlərsə, təbii ki, 9 ballıq zəlzələyə uyğun tikilən bina sabah 6 və ya 7 balda yerlə yeksan olacaq. Ona görə də yükü Allahın üzərinə atmaq doğru deyil. Allah deyir ki, “hər bir şeyi qədərlə yaratmışam”. Qədər dedikdə ölçü nəzərdə tutulur. Təəssüf olsun ki, biz buna alın yazısı və ya tale deyib insanları aldadırıq. Öz səhlənkarlığımıza, yanlışlarımıza bu cür adlar qoyuruq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR