İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev Fransanı parçalayır? Fransız deputatdan həyəcanlı açıqlama

Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami Azərbaycanı ittiham edib.

Musavat.com xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

“Yeni Kaledoniyanın işlərinə qarışdıqdan sonra Azərbaycan bu gün Polineziyanı müstəmləkəsizləşdirməyə və fransız əsarətindən azad etməyə hazırlaşmaq üçün onun seçilmiş nümayəndələrindən ibarət nümayəndə heyətinə ev sahibliyi edir. Daha nə vaxta qədər dövlət Əliyevə Fransanı parçalamaq üçün işləməyə icazə verəcək?” - Fransua-Ksavye Bellami yazıb.

Onun hələ bilmədiyi odur ki, bu gün Yeni Kaledoniya nümayəndələri də Azərbaycana gələcəklər.

WhatsApp Image 2024-05-30 at 09.26.35 (1).jpeg (31 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR