İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əlində pulu göstərən görməmiş, mədəniyyətsizdir" - Mətanət İsgəndərli

"Çoxları sənətə sənət eşqi ilə gəlmir. Başqa şey üçün gəlir. Sənəti olanın başqa dünyası, aləmi olur. Geyimlə, başqa şeylər etməklə yalandan qalmaqal salmaqla, gündəmdə qalırlar. Cürbəcür hiyləyə əl atırlar ki, nə yolla olur olsun məşhur olsunlar. Denən, bir canlı ifa et, edə bilməyəcək".

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Gün ortası" verilişində deyib. Müğənni bayağı ifaçılardan danışıb.

M.İsgəndərli toyda əlində pul oxuyan ifaçıları tənqid edib:

"Mədəniyyətsizlikdir. Görgüsüzlük, görməmişlikdir. Birdən-birə gəlir düşür bu aləmə, özünü apara bilmir. Filan heyvan vurub cənnətə atıb..."

Qeyd edək ki, bu yaxınlarda müğənni Şəbnəm Tovuzlu toyda ona verilən şabaşların yer aldığı video yayımlamışdı.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR