Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Rusiya ilə əlaqələri daha da gücləndirmək niyyətindədir. Bu, Bakı üçün mühüm prioritetlərdən biridir.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib.
“Dost ölkələrlə, o cümlədən Rusiya ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biri olaraq qalır. Rusiya ilə mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin və genişləndirilməsinin tərəfdarıyıq”, - o bildirib./Report
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ