Onlayn ictimai-siyasi qəzet
Məşhur aktrisa Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittlə birlikdə sahib olduqları Fransadakı Château Miraval malikanəsi və üzüm bağı barədə uzun müddətdən sonra ilk dəfə danışıb.
Musavat.com xəbər verir ki, Coli məhkəməyə təqdim etdiyi sənədlərdə həm mülkün onun üçün daşıdığı mənəvi dəyəri, həm də uşaqlarının keçirdiyi psixoloji travmanı ətraflı şəkildə təsvir edib.
Aktrisa bildirib ki, 2016-cı ildə yaşanan ayrılıqdan sonra nə özü, nə də uşaqları Fransadakı Miraval mülkündə olublar. Onun sözlərinə görə, Miraval ailədə yaşanan “çətin və ağrılı dövrlərlə” birbaşa əlaqəlidir və ora qayıtmaq “psixoloji cəhətdən mümkün deyil”.
Məhkəmə sənədlərinə əsasən, Coli boşanma prosesi zamanı həm Los-Ancelesdəki evini, həm də Miraval mülkündəki payını Bred Pittə təhvil verib. Aktrisa bu qərarı “mübahisələri azaltmaq və uşaqlarına sabit bir mühit yaratmaq” məqsədilə qəbul etdiyini deyib. Lakin bu addım da onun gözlədiyi sakitliyi gətirməyib.
Fransanın cənubundakı Provens bölgəsində yerləşən Château Miraval cütlüyün illər öncə evləndikləri yer kimi də tanınır.
Ancelina Coli 2021-ci ildə malikanədəki payını “Tenute del Mondo” adlı şərab şirkətinə satıb. Lakin Bred Pitt bu satışın onun razılığı olmadan həyata keçirildiyini iddia edərək məhkəməyə müraciət edib. Pitt satışın “ortaq mülkiyyət qanunlarını pozduğunu” iddia edir.
Ancelina Coli isə bu satışın tamamilə qanuni olduğunu və artıq “Miravalla nə emosional, nə də ticari bir bağlılığının qalmadığını” bildirib.
Miraval həm də məşhur musiqi studiyasına ev sahibliyi edir. “Miraval Studios”, “Pink Floyd”, “AC/DC” və “The Cranberries” kimi dünya şöhrətli musiqi qruplarının mahnılarını yazdığı məkan kimi tanınır.
Musavat.com
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ