Onlayn ictimai-siyasi qəzet
Bursanın Gemlik rayonunda qohumunun toy mərasimində mahnı oxuyan 47 yaşlı sənətçi Yüksel Kader səhnədə infarkt keçirib.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, səhnədə huşunu itirən sənətçiyə ilk yardımı toydakı qonaqlar göstərib.
Daha sonra hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları tərəfindən Kader Gemlik Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, 47 yaşlı Yüksel Kaderin həyatını xilas etmək mümkün olmayıb.
Onun səhnədə infarkt keçirdiyi anlar kameralara düşüb.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ