İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda QALMAQAL: Əfqan nazir qadın jurnalistlərə QADAĞA QOYDU

Nyu-Dehlidə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqinin iştirakı ilə keçirilən mətbuat konfransına qadın jurnalistlərin girişinə icazə verilməyib.

Musavat.com xəbər verir ki, bu barədə Hindistanın “Times of India” nəşri məlumat yayıb.

Məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, Müttəqinin Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə danışıqlarından sonra Əfqanıstan səfirliyində keçirilən brifinqi hansı jurnalistlərin işıqlandıracağı barədə qərarı Müttəqini müşayiət edən “Taliban” nümayəndələri veriblər.

Hindistan tərəfi qadın jurnalistlərin də akkreditasiyadan keçməsini təklif etsə də, bu təklif “Taliban” tərəfindən qəbul edilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR