Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazır olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu barədə bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp da tərəfləri danışıqlar masası arxasına oturmağa çağırır, lakin Avropa İttifaqı və Kiyev bu istiqamətdə hərəkət etmək istəmir:
“Rusiya sülh yolu ilə həllə hazırdır, Tramp da danışıqlar masasına əyləşməyi tövsiyə edir, amma Avropa İttifaqı və Kiyev bu istiqamətdə heç bir addım atmaq istəmir,” — deyə Peskov vurğulayıb.
Rusiya rəsmisinin sözlərinə görə, Moskva həmişə dialoqa açıq olub və münaqişənin dinc həlli üçün imkanlar axtarır.
Musavat.com
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ