İnsanlara hürriyət, millətlərə istiqlal!

Elbrus Əruda ağır itki üz verdi

“Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Əruda ağır itki üz verib.

Əməkdar jurnalistin atası Ramiz Seyfullayev uzunsürən xəstəlikdən sonra bu gün səhər saatlarında 74 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Biləsuvarın Nərimankənd kəndində anadan olan R.Seyfullayev uzun illər pedaqoji fəaliyyət göstərib. Mərhumun üç mərasimi fevralın 24-də Bakının Kazım Kazımzadə küçəsində yerləşən Tural mərasim evində (Zoopark ilə üzbəüz) baş tutacaq.

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu və kollektivi Elbrus Əruda atasının ölümü ilə bağlı dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR