İnsanlara hürriyət, millətlərə istiqlal!

El Pais: "Avropaya silah idxalı 92 faiz artıb"

Ukrayna müharibəsi səbəbindən Avropa ölkələri soyuq müharibə dövrünün sonundan bəri misilsiz templərlə silah tədarük edir.

AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, 2022-ci ildə Avropaya silah idxalı 92 faiz artıb ki, bu da Berlin divarı söküləndən sonra qeydə alınan ən böyük illik artımdır. Avropa ölkələri arasında silah tədarükünün artmasının yeganə səbəbinin Rusiya olduğu bildirilir.

Eyni zamanda, ötən il Ukraynaya verilən silahların qiyməti 2021-ci illə müqayisədə 68 dəfə çoxdur. Avropanın bəzi ölkələrinə silah tədarükü də yüz ilin ən yüksək göstəricisinə çatıb. Ən çox artım Polşa (764 faiz), Macarıstan (211 faiz), İsveç (161 faiz) və Çexiyada (109 faiz) qeydə alınıb.

Bununla yanaşı, Rusiyanın silah ixracatı yüz ilin ən aşağı səviyyəsinə enib. Qəzetin iddiasına görə, Vaşinqton Moskva və Pekinlə yeni sazişlər imzalanmaması üçün Misir, İndoneziya kimi ölkələrə təzyiq göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR