İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert AÇIQLADI: “Putin Ukraynaya hücum əmri verib”

“Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Putinin hücum əmrindən dəhşətə gəlib. Rusiya prezidenti Ukrayna tanklar və döyüş təyyarələri almadan hücuma keçməyə tələsir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Valeri Solovyov deyib.

Onun iddiasına görə, Baş Qərargah və Rusiyanın Ukraynadakı ordu qrupunun rəhbəri Valeri Gerasimov Putindən eyni anda bir neçə istiqamətdə hücuma hazırlaşmaq əmri alıb. Lakin politoloqun fikrincə, Baş Qərargah cəbhədə vəziyyətin kəskin şəkildə dəyişəcəyinə (Rusiyanın xeyrinə) inanmır və silahlı qüvvələrin qalan hissəsini də itirməkdən qorxur.

Solovyovun sözlərinə görə, Rusiya siyasi rəhbərliyində də yeni hücumun uğuru ilə bağlı nikbinlik yoxdur: “Ali baş komandanın aldığı bütün analitik qeydlər qəti şəkildə bunun əleyhinədir. Burada ona total hücumun mənasız, təhlükəli və qeyri-məhsuldar olacağı barədə xəbərdarlıq edirlər. Bütün bunlara rəğmən, Rusiyada elə mexanizm formalaşıb ki, burada bütün qərarları ancaq bir nəfər qəbul edir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR