İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əkrəm İmamoğlu - İstanbulu fəth edən yunan”, və ya Ayasofyanın intiqamı  

1974-ci ildə Türkiyə Silahlı Qüvvələrinin adaya müdaxiləsi ilə Kipr ikiyə bölündü. 498 türk əsgəri şəhid oldu. Adada yaşayan türk topluluğundan isə 270 nəfər daha öncə qətl edilmişdi...

Nəticədə adanın 37 faizi hazırda türklərin nəzarətindədir. Hal-hazırda Kipr türkləri Şimali Kipr Türk Respublikasında yaşayır.

Türkiyə nədən Kiprə ordu yeritdi? Çünki adada çoxluqda olan yunanlar türklərə qarşı soyqırım törədirdi. Soyqırımı törədən yunanların başında kim dururdu? Kipr Ortodoks Kilsəsinin Arxiyepiskopu və Kipr Respublikasının ilk prezidenti III Makarios. 1960-1974-cü illərdə Kipr adasına o rəhbərlik edib. Adadakı türklərin qətliamında da bu adamın xüsusi "xidməti" var.

WhatsApp Image 2025-03-31 at 11.35.26.jpeg (45 KB)

Allah Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti (1983-2005) Rauf Denktaşa rəhmət eləsin.

İllər sonra İstanbul şəhərinin Bəylikdüzü adlı ucqar rayonunda "Kıbrıs Anıt" adlı bir abidə ucaldıldı. Kim ucaltdı? Dönəmin Bəylikdüzü Bələdiyyə Başkanı Əkrəm İmamoğlu. Həmin abidədə Rauf Denktaşla yanaşı türk qatili III Makarios da yer alır. Abidənin açılışına CHP başqanı Kemal Kılıçdaroğlu da qatılmışdı.

23 may 2017-ci ildə İstanbul Ülkü Ocakları abidənin qaldırlmasını tələb etdi. Və abidədə yer alan türk qatilinin relyefdəki görüntüsü dağıdıldı.

Bir gün öncə isə Murat Bardakçı “Habertürk” qəzetində yazdığı məqalədə Makariosun təsviri olan abidəni tənqid etmişdi: “.. Ömrü boyu tək işi Kiprdəki türk varlığını ortadan qaldırmaq olan və bu səbəbdən Seyşel adalarına sürgün edilən, təkcə Türkiyəni deyil, İngiltərəni də hiddətləndirən Makarios indi rahatdır və Beylikdüzündə yanından keçənlərə deyir: “Ah yaaaa, özümü türklərə qəbul etdirdim yaaaa, aha işdə mən buradayam”.

Özü də CHP-də təkcə Əkrəm İmamoğlu belə deyil. Kemal Kılıçdaroğlu da eyni düşüncədədir. Özgür Özel də. Bunlar yunana, erməniyə, PKK-çı kürdlərə qahmar çıxan zehniyyətdir. Bunlar Türkiyənin inkişafına Çin səddi çəkən adamlardır.

Heç uzağa getməyək. 2023-cü ildə keçirilən seçkidə CHP Türkiyənin texnoloji inkişafına qarşı üsyan qaldırmışdı. Nə deyirdilər? "TOGG kadar gereksiz bir yatırım, olamaz", "TOGG hiçbir zaman kar edemeyecek bir arabadır", "Yapamazlar, yapsalar da satamazlar"...

"Oturdular büyük gösteriler yaptılar, iş adamları bir araya geldi, bakanlar cumhurbaşkanları bir araya geldi, otomobil üretiyoruz dediler.. Nerede? Milleti kandırmak için". Kemal Kılıçdaroğlu da eyni şeyi deyirdi...

WhatsApp Image 2025-03-31 at 11.35.26 (1).jpeg (31 KB)

Can Ataklının isə fantaziyası son dərəcə genişdir: "Gemlik'teki limana her gün gemilerle "Togg" geliyor. Araçları kapalı alanda tıra yükleyip anında fabrikaya gönderiyor". Yəni bu avtomobil xaricdə istehsal olunaraq Türkiyəyə gətirilir, AKP iqtidarı isə bu arabanı yerli və milli elan edib...

İHA, SİHA və KIZILELMA ilə bağlı CHP nə deyirdi? "Uçak uçak diyorlar, uzmanına sordum maket bunlar”. Çağdaş texnologiya ilə silahlanmış Türkiyə Ordusu PKK-nı bitirir, Kemal Kılıçdaroğlu soruşur ki, "Nerede senin İHA'ların SİHA'ların"...

Adam bilmir ki, nerede dediyi İHA, SİHAlar dünyanın 50 ölkəsində səmalarda keşik çəkir...

CHP-yə yerli və milli texnologiya lazım deyil. Bunların istəyi o idi ki, Türkiyə texnologiyanı ABŞ-dan, Avropadan idxal etsin. Türklərin pulunu yabançılara versin.

CHP-li Engin Altay CHP zehniyyətin son dərəcə dəqiq ifadə edib: "Bu hükümet dünyanın en doğru işini bile yapsa, bizim bu hükümeti alkışlayacak halimiz yok".

Əkrəm İmamoğluna “Yunanoğlu” deyəndə bəzi dostlarımızın xoşuna gəlmir. Ancaq bu adam məhz əməlləri ilə Yunanoğlu olduğunu təsdiqləmiş birisidir. Yunanıstan mediası (“Thema News ”) belə bir başlıq atmışdı: “Əkrəm İmamoğlu: İstanbul'u fetheden yunan”.

Başqa bir yunan media orqanı isə Əkrəm İmamoğlunun İstanbulu qazanması ilə "Ayasofya'nın intikamı"nın alındığını yazdı. “Keeptalkingreece” “Yunanıstanın şimal-qərbindəki Giannitsa şəhərini ziyarət edən, Pontik rəqsi oynayan və yunanca danışan Əkrəm İmamoğlunun videosunu paylaşaraq, "İstanbulun yeni bələdiyyə başqanı Pontusdur", "...Yunanlar Yunanıstanın Pont ləhcəsində danışan türklərin 1920-22-ci il müharibəsindən sonra İslamı qəbul edən Kripto-Xristianlar olduğuna inanırlar" ifadələrinə yer verdi...

WhatsApp Image 2025-03-31 at 11.35.09.jpeg (33 KB)

Görürsüzmü, "Kıbrıs Anıt" abidəsində türk qatili III Makariosun yer alması qətiyyən təsadüf deyil. Bu, məkrli bir planın tərkib hissəsidir.

Türk kimliyini unudaraq Əkrəm İmamoğlu kimi türk düşmənlərinə dəstək verənlər isə and-aman edirlər ki, onlar guya demokratiyaya dəstək verirlər. Niyə demokratiyaya dəstək adı altında "Yunanoğluna" dəstək verilməlidir, məsələn, Mansur Yavaşa yox? Əkrəm İmamoğlu Türkiyənin prezidenti olsa, İstanbul dönüb olacaq Konstantinopol. Hansı sadəlövh düşünə bilər ki, Yunanısan mediası “Yeni seçilen Konstantinopolis Belediye Başkanı Əkrəm İmamoğlu” manşeti ilə türk xalqı ilə zarafat edib?...

WhatsApp Image 2025-03-31 at 11.35.25.jpeg (66 KB)

Konstantiopol demişkən, onu da xatırladım. 2022-ci ildə Münhen Təhlükəsizlik Konfransında Əkrəm İmamoğlu almaniyalı türkəsilli nazir Cem Özdemirlə görüşüb. Cem Özdemir kəskin anti-türk mövqeyində olan birisidir. Almaniya parlamentində qondarma erməni genosidinin layihəsini məhz o, gündəmə gətirib. Onun məşhur bir çıxışı var. Deyir ki, İstanbulun adın dəyişib Konstantinopol qoymalıyıq. Türkiyədə sadəcə yunan yer adlarını yox, erməni və kürd yer adlarını da bərpa etməliyik. Əkrəm İmamoğlunun məhz Cem Özdemir kimi türk düşmənləri ilə görüşməsi, əlbəttə, təsadüfi məsələ deyil. Çünki Cem Özdemir Türkiyədə vətən xaini kimi tanınan birisidir...

Bəli, CHP-ni Atatürk yaradıb. Ancaq CHP-də Atatürk düşüncəsindən əsər-əlamət qalmayıb. Söhbət manqurtlaşmış, dış güclərə bağlı, Türkiyənin tərəqqisinə düşmən bir partiyadan gedir. Quyruqları qapı arasında qalanda Atatürkdən yapışırlar, ancaq Atatürkün vuruşduğu İngilis imperiyasından mədət umurlar, ABŞ-dan yardım istəyirlər. Əkrəm İmamoğlu həbsxanadan “The New York Times” qəzetinə məqalə göndərir. Utanmadan, qızarmadan Amerikadan dəstək istəyir. Ağıla bax e. Tayyib Ərdoğanı tərifləyən D.Trampdan kömək umur...

Qeyri-demokratik dediyiniz Türkiyədə Əkrəm İmamoğlu hər gün sosial şəbəkələrdə status paylaşır. Qəbuluna gələn onlarla adamla görüşür. Türkiyədə keçirilən mitinqləri media canlı yayımla təqdim edir...

İndi bir anlığa təsəvvür etməyə çalışın ki, AKP və MHP hansısa imperialist ölkədən iqtidara gəlmək üçün dəstək umur. Əlbəttə belə bir şey ola bilməz. Çünki AKP də, MHP də türk xalqına bağlıdır, CHP isə imperialist ölkələrin əlində oyuncaqdır. Türkiyə dövlətinə və xalqına güvənmir. Bu, son dərəcə təhlükəli siyasi proseslərə yön verə bilər...

Allah bizi özünü türk kimi təqdim edən, mahiyyətdə isə yunanoğlu, ermənioğlu, PKKoğlu... kimi siyasətçilərdən qorusun. Belələrinin əlinə fürsət düşsə, Türkiyəni darmadağın edər. Bunu unutmamalıyıq...

Elbəyi Həsənli, Sürix
Musavat.com saytı üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR