İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əjdaha"nın ağzındakı su - bir maşın su 50 manata! - VİDEO

Bakının müxtəlif kəndlərində hələ də içməli su problemi yaşanır. Bəzi insanların suyu daimi olmasına baxmayaraq ətraf yaşayış massivindəki insanlar susuzluqdan əziyyət çəkirlər. İllərdir şikayət olunur, lakin hələ də həmin ərazilərdə su sistemi yoxdur.

Məsələni araşdırmaq və nəyə görə əhalinin bir hissəsinin su ilə təmin olunmadığını öyrənmək üçün "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

Onun sözlərinə görə, Bakı ətrafı ərazilərin demək olar ki, əksəriyyətində mərkəzləşmiş su şəbəkəsi qurulmayan ərazilər var.

“Türkan, Zirə, Binə, Qobu yolu, Hökməli qəsəbələrinin 65-70 faizi susuzdur. Digər qəsəbələrdə 20-30 faizi su ilə təchiz edilməyib. Pirallahı 100 faiz, Saray və Masazır yeni yaşayış massivi isə bir hissəsi su ilə təmin olunub.

Şəbəkələrin qurulmamağında əsas səbəb layihələrin icra olunmamağıdır. Çünki icra üçün dövlətdən müəyyən investisiya ayrılmalıdır. Məsələn bu il Yeni Ramanı, Saray, Binəqədi, Qala , Maşdağa, Buzovna ərazilərinin bir hissəsi su ilə təmin olunmağı üçün müəyyən məbləğ ayrılıb.
Su ilə təchiz olunmayan ərazilərdə insanlar ya quyu suyundan istifadə edirlər ya da su maşınlarından alırlar. Su doldurma məntəqələrində suyun 1 kubmetrini 1 manatdan satılır. Amma su maşınların satışında 30 – 50 manat arasında dəyişir. Qiymət isə məsafədən asılı olaraq dəyişir. Eyni zamanda sürücülər özləri fərdi sahibkar olduğuna görə, qiyməti də özləri müəyyən edirlər. Azərsu heç bir halda satış qiymətinə qarışmır. Su daşıma maşınları daimi olaraq fəaliyyət göstərir. Bu günə qədər sudan zəhərlənmə və ya digər hallarla qarşılaşmamışıq, bizə heç bir şikayət daxil olmayıb” – deyə bildirdi.

Azad İstehlakçılar Birliyinin rəhbəri Əyyub Hüseynov bu məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, su probleminin kökündə savxoz ərazilərdə insanların ev tikməsi oldu.

“Çünki belə ərazilərsə su və konolizasiya sistemi olmur və sonrada insanlar şikayətlənməyə başladılar. Bu hal Bakının ərzaqla təminatında problem yaratdı. Eyni zamanda bələdiyyələrin cibini doldurmaqla nəticələndi. Bu kimi yerlərdə quyu suyundan istifadə olunur. Bu sularda yoxlanılmır. Bəzən isə bir-iki zəng gəlir ki, suyun yoxlanılmağını istəyirəm. Lakin suyun ekspedisiya prosesi çox bahalıdır. Maşınlarda satılan sular isə ödənişlidir və heç bir çek verilmir. Burada nəyin ki, su hətta suyun saxlanıldığı qablarda yoxlanılmır. Bu da suyun təhlükəli olmasına gətirib çıxardır.” – deyə bildirib.

 

Nərminə Aydın

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR