Onlayn ictimai-siyasi qəzet
Uzun müddətdir dağınıq skleroz xəstəliyindən əziyyət çəkən Əməkdar artist Ehtiram Hüseynov qatıldığı teleproqramlardan birində necə müalicə olunmasından danışıb.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, o, buzlu su ilə müalicə olunaraq səhhətinin nisbətən yaxşılaşdığını deyib.
“Soyuq su vannası qəbul etmək lazımdır. Yəni buz vannası. Bizim Laçında dağlarda su buz kimidir. Şokterapiya deyilən bir şeydir, bədən yenilənir. Mən də Laçında bunu edirəm. Çox xeyirlidir. İndi evdə də vanna qəbul edəndə soyuq suyu açıram”.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ