İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Qırmızı dənizdə təzyiqlərini artıracaq - İLGİNC DETALLAR

Hazırda dünya gündəminin əsas mövzularından biri “Hizbullah” üzvlərinin istifadə etdiyi peycer və telefonların partlaması, bu əməliyyatın təfərrüatlarıdır. Hərbi analitiklərlə yanaşı, siyasi şərhçilər də İsrail və Livan arasında münasibətlərin hansı həddə qədər gərginləşəcəyi, yaxın gələcəkdə hansı proseslərin baş verəcəyi ilə bağlı müxtəlif ehtimallar səsləndirirlər.

vuqar ziferoglu.jpg (212 KB)

Yaxın Şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu Musavat.com-a açıqlamasında xatırladıb ki, İsrail indiyə kimi bir neçə dəfə səs-küylü əməliyyat keçirib:

“Bir müddət əvvəl İranın Suriyadakı səfirliyi hədəfə alınmışdı. Ardınca HƏMAS lideri Tehranda qətlə yetirildi, son olaraq da peycerlərin partladılması əməliyyatı həyata keçirildi. İsrail mütəmadi belə əməliyyatlar gerçəkləşdirir. Bundan sonra əsasən İranın dəstəklədiyi proksi qüvvələrin rəhbərliyinə qarşı bu cür əməliyyatların səngiməyəcəyi istisna edilmir. Bütün bu proseslərə cavab olaraq hansı addımlarn atılacağına gəlincə, indiki zamanda siyasi bəyanatlar və hədələr səslənir. İranın əsasən Qırmızı dənizdə husilər vasitəsilə təzyiqlərini artıracağını istisna etmək olmaz. Eyni zamanda “Hizbullah” istiqamətində də müəyyən aktivliyin artacağına ehtimal vermək mümkündür. Bu əməliyyatlara nə dərəcədə adekvat addımların atılacağını zaman göstərəcək”.

V.Zifəroğlu vurğulayıb ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsindən sonra da qarşılıqlı bənzər bəyanatlar, hədələr səslənmişdi:

“Bu bəyanatları İranın dəstəklədiyi bəzi proksi qüvvələr mənfi qarşılamışdı. Məsələn, “Ənsərullah” təşkilatı bildirmişdi ki, məsələyə daha çevik reaksiya verilməlidir. Yəni belə bəyanatlar tez-tez verilir. Bununla bağlı bu qüvvələrin daxilində də müəyyən müzakirələr gedir. Hər hansı əməliyyat planlaşdırıla bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR