İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ehtimal edilir ki, Mahir Emreli yol üstədir" - Xorvatiya mətbuatı

Xorvatiyanın "Sportske novosti" hesab edir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu qış "Dinamo"nu (Zaqreb) tərk edə bilər.

Qol.az xəbər verir ki, qəzet qış transfer pəncərəsi zamanı klubdan gedişatı mümkün olan futbolçular haqda yazıb.

"Brunu Petkoviç DÇ-2022-də özünü yaxşı tərəfdən göstərə bildi. Əgər o, "Dinamo"da qalsa, onun keçirdiyi matçların sayını nəzərə aslaq, şübhəsiz ki, əsas heyətin əvəzedilməz oyunçusu kimi qalacaq. Ehtimal edilir ki, Mahir Emreli yol üstədir. Əslində isə azərbaycanlı hücumçunun nəyə qadir olduğunu göstərmək üçün imkanı olmadı" deyə nəşr yazıb.

Xatırladaq ki, M.Emreli bu ilin fevralında "Legiya"dan (Polşa) "Dinamo"ya transfer olunub. O, Xorvatiya klubunda 20 rəsmi oyun keçirib və 5 qol vurub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR