İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə XƏBƏRDARLIQ: sabahdan başlayır, güclü olacaq

Mart ayının son günlərində, xüsusilə 26-28 tarixlərində orta güclü maqnit qasırğası gözlənilir.

Musavat.com xəbər verir ki, bu dövrdə baş ağrıları, təzyiq dəyişiklikləri və digər narahatlıqların yaranması mümkündür.

Bundan əlavə, 27 fevral - 1 mart tarixləri arasında Günəş aktivliyinin artması nəticəsində zəif geomaqnit qasırğası baş vermişdi. Bu cür hadisələrin təkrarlanması ehtimalı olduğundan, martın son günlərində də diqqətli olmaq tövsiyə edilir.

Ümumiyyətlə, 2025-ci ildə Günəş aktivliyinin pik nöqtəsinə çatması proqnozlaşdırılır ki, bu da maqnit qasırğalarının daha güclü və tez-tez olmasına səbəb ola bilər.

Sağlamlığınızı qorumaq üçün tövsiyələr:

Balanslı qidalanma və kifayət qədər yuxu rejimi təmin edin.

Stressdən qaçınmaq üçün rahatlama texnikalarından istifadə edin.

Xroniki xəstəlikləri olan şəxslər həkimlərinin təyin etdiyi dərmanları yanlarında saxlasınlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

27 Mart 2025

BÜTÜN XƏBƏRLƏR