Onlayn ictimai-siyasi qəzet
Bir sıra ərzaq məhsullarının ucuzlaşacağı gözlənilir.
"Nazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydaları"nı təsdiq edib.
İqtisadçı Rəşad Həsənov bildirib ki, yeni sənədə əsasən, istehlak bazarında qiymətlərin monitorinqi aparılacaq: "Əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir".
Rəşad Həsənov bildirib ki, yeni qaydalar ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək. Bura təxminən 12 adda ərzaq məhsulu daxildir. Söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir.
Qeyd edək ki, strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin cəlbi ilə yaradılması nəzərdə tutulur.
Ətraflı süjetdə:
20 Yanvar 2025
00:12 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ