Onlayn ictimai-siyasi qəzet
Fransada Rusiya tankeri ilə bağlı gərginlik: Baltik üzərində uçuşlar, dron iddiaları
Avropa ilə Rusiya arasında gərginlik yeni mərhələyə daxil olub.
Musavat.com xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, Fransa xüsusi təyinatlıları Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən neft tankerini Fransa sahillərində bloklayaraq ələ keçirib.
Hadisədən az sonra Rusiya qırıcıları Baltik dənizi üzərində uçuşlara başlayıb, cavab olaraq isə Fransa qırıcıları havaya qaldırılıb.
Fransa rəhbərliyindən açıqlamalar
Fransa Prezidenti Emmanuel Makron bildirib: “Rusiya özünün kölgə donanması ilə bağlı olaraq ekoloji vəziyyəti korlayır. Onun bu gəmilərlə fəaliyyəti hər birimizin həyatına və təhlükəsizliyinə təhdid yaradır. Rusiya gəmisi ilə bağlı araşdırma başlayıb”.
Fransa Baş Qərargah rəisi isə ordunun artıq “bu gecədən etibarən gərgin müharibənin başlamasına hazır olmalı olduğunu” vurğulayıb.
Dron iddiası
El Pais qəzetinin xəbərinə görə, Fransanın saxladığı həmin Rusiya tankerindən Danimarka istiqamətinə dronlar buraxılıb. Fransa polisi gəminin bu cür hərbi əməliyyatlarda istifadə edildiyini düşünür.
Artan gərginlik
Hadisələr həm Avropa təhlükəsizliyi, həm də beynəlxalq dəniz hüququ baxımından ciddi narahatlıq yaradıb. Ekspertlər hesab edirlər ki, məsələ NATO-Rusiya qarşıdurmasının yeni gərgin mərhələsinə çevrilə bilər.
Gözlər Fransa və Rusiya arasında atılacaq növbəti addımlara yönəlib.
Musavat.com
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ