Onlayn ictimai-siyasi qəzet
Münhen polisi yaşayış binasının yandırılması və partlayışlar nəticəsində iki nəfərin həlak olduğunu təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə şəhərin hüquq-mühafizə orqanlarının nümayəndələri mətbuat konfransında bildiriblər.
"Özünü öldürən 57 yaşlı şübhəli şəxsdən əlavə, daha bir nəfərin - onun 90 yaşlı atası olduğu ehtimal edilir - meyiti tapılıb. İki qadın xəsarət alıb: cinayətkarın 81 yaşlı anası və ehtimal ki, onun 21 yaşlı qızı", - deyə məlumatda qeyd olunur.
Polis əməkdaşları şübhəlini yaxınlıqdakı gölə qədər izləyiblər və həmin yerdə intihar edib.
Hüquq-mühafizə orqanları qonşuların poçt qutusunda onun məktubunu aşkar ediblər. Məktubda dünyanın ən böyük pivə festivalı olan "Oktoberfest"ə qarşı təhdid yer alıb. Şübhəli şəxs festivalda "partlayıcı hadisə" vəd edib. Nəticədə polis "Oktoberfest" ərazisini müvəqqəti olaraq ziyarətçilər üçün bağlamaq qərarına gəlib. Festival Bakı vaxtı ilə saat 19:30-dan sonra fəaliyyətini bərpa edib.
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ