Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, hökumətin fəaliyyətinin qismən dayanması müddətinin uzun sürməyəcəyini bildirib. Musavat.com xəbər verir ki, o, Ağ Evdə keçirdiyi brifinqdə şətdaunun çox çəkməyəcəyini deyib: "Bilmirəm. Konqresdəki Demokratların nə edəcəyini təxmin edə bilmərəm, amma bunun o qədər də uzun çəkəcəyini düşünmürəm. Bu, sırf vitse-prezidentin fərziyyəsidir, çünki düşünürəm ki, siz artıq mötədil demokratların bir az tərəddüd etdiyinə dair bəzi əlamətləri görmüsünüz. Onlar bunun məntiqsizliyini başa düşürlər".
Qeyd edək ki, ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə 08:00) qismən fəaliyyətini dayandırıb. Bu, Konqresdəki Respublikaçı və Demokrat nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri ilə bağlı razılığa gələ bilməmələri səbəbindən baş verib.
Bu gün Senatda yenidən hər iki tərəfin təklif etdiyi layihələr üzrə səsvermə keçirilsə də, yenidən heç biri qəbul edilməyib.
1977-ci ildən bəri federal hökumətin maliyyələşdirilməsi administrasiya ilə Konqres arasındakı fikir ayrılıqları səbəbindən 20 dəfədən çox pozulub. Ən uzun müddət 35 gün olub- 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu il tarixinə qədər - Donald Trampın ilk prezidentliyi müddətində.
Musavat.com
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ