İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"dan TARİXİ QƏLƏBƏ...

"Qarabağ" Çempionlar Liqasında inamlı qələbə qazandı 2:0

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.

Musavat.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın “Kopenhagen” klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0.

Hesabı 28-ci dəqiqədə Abdullah Zubir açıb. 83-cü dəqiqədə isə Emmanuel Addai fərqlənərək üstünlüyü möhkəmləndirib.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya 3:2 hesabı ilə qalib gəlmişdi. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə 2:2 hesablı heç-heçə etmişdi.  

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR