Onlayn ictimai-siyasi qəzet
Türkiyə Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin Qəzza zolağına gedən Sumud humanitar donanmasına hücumunu terror aktı kimi qiymətləndirib.
Musavat.com xəbər verir ki, mövqe Türkiyə XİN-in rəsmi bəyanatında əksini tapıb: “İsrail qüvvələrinin beynəlxalq sularda Qəzza əhalisinə humanitar yardım çatdırmaq üçün yola çıxan Sumud donanmasına hücumu beynəlxalq hüququn kobud şəkildə pozulmasını təşkil edən və günahsız mülki şəxslərin həyatını təhlükəyə atan terror aktıdır”.
Qeyd edək ki, Sumud flotiliyası (ərəb dilində "dəyanət" və ya "müqavimət" deməkdir) sentyabrın 7-də Tunis sahillərinə çatıb. O, müxtəlif ölkələrə məxsus 40-dan çox gəmidən ibarətdir ki, onlardan biri də isveçli hüquq müdafiəçisi Qreta Tunberqi daşıyır. Missiyanın məqsədi Qəzza zolağının blokadasını yarmaq və zərərçəkmiş əhaliyə humanitar yardım çatdırmaqdır. Donanma hazırda Qəzzaya gedir.
Bu gün axşam saatlarında İsrail hərbi gəmilərinin beynəlxalq sularda donanmanın bir gəmisinə yaxınlaşaraq, Qəzzaya doğru hərəkəti dayandırmalarını tələb edib. Türkiyədən olan könüllülərin gəmidən son videopaylaşımında gəminin İsrail hərbçiləri tərəfindən ələ keçirilmək üzrə olduğu bildirilib.
İsrail XİN-in yaydığı məlumata görə, bu saatlardan Sumud donanmasının bir neçə gəmisi ələ keçirilərək İsrail limanlarından birinə aparılır. Onların arasında Qreta Tunberqin olduğu gəmi də var. İsrail XİN Tunberqin vəziyyətinin yaxşı olduğunu bildirib. İsrail XİN-in yaydığı məlumata görə, bu saatlarda Sumud donanmasının bir neçə gəmisi ələ keçirilərək İsrail limanlarından birinə aparılır. Onların arasında Qreta Tunberqin olduğu gəmi də var. İsrail XİN Tunberqin vəziyyətinin yaxşı olduğunu bildirib.
Musavat.com
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ