İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə ŞAD XƏBƏR - 70 min iş yeri yaradılır, yaxın vaxtlarda...

"Yaxın vaxtlarda Gəncədə yeni sənaye zonası açılacaq”.

Musavat.com bildirir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” panelində çıxışı zamanı bildirib.

"Azərbaycan əhəmiyyətli kapitala malik olan ölkədir. Hər il əhəmiyyətli həcmdə ticarət balansının profisitini qeydə alırıq. Fiskal gəlirlərimiz həyata keçirilən siyasət nəticəsində təmin edilir. Hədəfimiz iqtisadiyyatımızın şaxələndirilməsi, ölkənin müasir sənaye potensialına malik olmasıdır. İxrac bizim üçün önəmlidir. İstehsal etdiyimiz məhsulun əhəmiyyətli hissəsi ixrac edilməlidir. Sənaye zonaları Sumqayıtda, işğaldan azad edilmiş ərazilərimizdə də fəaliyyət göstərir. Bu yaxınlarda Gəncədə yeni sənaye zonası açılacaq”, - deyə nazir qeyd edib.

Nazir, həmçinin çıxışında Azərbaycanda yaradılan iş yerləri sayının əmək bazarına çıxan insanların sayını üstələdiyini deyib:

"Son beş ildə biznes mühiti istiqamətində Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində köklü dəyişikliklər həyata keçirilib. Bu, vergi, gömrük, məhkəmə sistemi kimi sahələri əhatə edir. Son beş ildə hər il neft və təbii qaz istisna olmaqla, 70 min iş yeri yaradırıq. Azərbaycanda yaradılan iş yerlərinin sayı əmək bazarına çıxan insanların sayını üstələyir”.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR