Onlayn ictimai-siyasi qəzet
Yayın ilk ayının ciddi maqnit qasırğaları başlayır.
Musavat.com xəbər verir ki, bu qasırğalar geozərbələrin gücü ilə fərqlənəcək. Onlardan bir neçəsi çox hiss olunacaq.
Terapevt Mətanət Cəfərova “Xəzər Xəbər”ə bildirib ki, bu cür dalğalanmalar ən çox meteohəssas insanlara, yaşlılara və müəyyən xroniki sağlamlıq problemləri, xüsusən də ürək-damar xəstəlikləri olanlara təsir edir: "Bu dövrdə baş ağrısı, miqren, zəiflik hissi əzab verə, xəstəliklər ağırlaşa, təzyiq sıçrayışları ola bilər".
Mətətanət Cəfərova qeyd edib ki, qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün qasırğadan əvvəlki günlərdə və qasırğa zamanı sağlam həyat tərzi vərdişlərinə əməl etmək məsləhətdir.
Mürtəxəssis əlavə edib ki, belə günlərdə stressdən, ağır yüklərdən uzaq olmaq lazımdır. Fast food, yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaları az yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin. Eyni zamanda qəhvə, siqaret və spirtdən imtina edin.
06 Oktyabr 2024
05 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ