Onlayn ictimai-siyasi qəzet
Sabah Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Musavat.com xəbər verir ki, bu haqda "Azərsu" ASC məlumat yayıb. Qeyd edilib ki, 18 iyun tarixində gecə saatlarından başlayaraq gün ərzində sözügedən ərazilərdə məhdudiyyətlər olacaq.
Qeyd edilib ki, suyun verilməsindəki məhdudiyyət yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədardır.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ