İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhalinin NƏZƏRİNƏ! Sabah bu ərazilərdə...

23.08.2024-cü il tarixdə saat 08:00-dan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir-quraşdırma işləri, saat 10:00-dan etibarən isə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Məktəbli küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Musavat.com-a “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunur ki, təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Çaylı-Qobustan yaşayış massivinin, Ceyranbatan və Saray qəsəbələrinin, Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin, Suraxanı rayonu üzrə isə Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR