İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfşar Süleymani: ""Azərbaycan irana qayitmalir" fikri mənə məxsus deyil"

İranın Bakıdakı keçmiş səfiri haqqında yayılmış anti-Azərbaycan fikirləri təkzib edib.

Bu barədə KONKRET.az-a keçmiş səfir Əfşar Süleymani açıqlama verib. Səfir deyib ki, o, Azərbaycana qarşı heç bir fikir bildirməyib.

“Mən haqqımda yazılanları təkzib edirəm. Anti-Azərbaycan votsap qurupunda mənim adımdan paylaşılan “Azərbaycan irana qayitmalir” yazısı mənə məxsus deyil. Bu, olan iş deyil və iranin milli maraqlarına ziddir. Azərbaycan müstəqil qalacaq, inkişafina davam edəcək, ərazi bütovlüyü də tam bərpa olacaq və qorunacaq”, – deyə Süleymani bildirib.

Xatırladırıq ki, İrandan idarə olunan “Nardaran313” telegram kanalı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərini dərc edib. Yazıda “İrandan ayrılan bütün torpaqların yenidən İrana birləşdirilməsi” barədə anti-Azərbaycan fikirləri yer alıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR